"Qarabağ"ın 3-cü imtahanı - CANLI YAYIM

"Qarabağ"ın 3-cü imtahanı - CANLI YAYIM
20:11 24 Yanvar 2015
136 İdman
Ölkə mətbuatı
A- A+

Antalyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün üçüncü yoхlama oyununu keçirir.

ANS PRESS-in məlumatına görə, baş məşqçi Qurban Qurbanov yetirmələrini Bolqarıstan klubu ilə oyunda sınayır.

Belə ki, "Qarabağ"ın rəqibi "Levski" klubudur.

Qeyd edək ki, "Levski" 1914-cü ildə yaradılıb. Komanda tariхi ərzində 26 dəfə Bolqarıstan çempionu, 25 dəfə ölkə kubokunun, 3 dəfə Super Kubokunun qalibi olub. Stoyço Stoyevin başçılıq etdiyi komanda qış fasiləsinə 6-cı pillədə yollanıb.

"Qarabağ" bundan əvvəl Antalyada "RNK Split"ə (Xorvatiya) 1:3 hesabı ilə yenilib, "Sürix"lə (İsveçrə) "sülh" - 1:1. Ağdam klubu yanvarın 27-də "Legiya" (Polşa), 29-da "Mordoviya" (Rusiya), 31-də "Tarqu Mureş"lə (Ruminiya) qarşılaşacaq.

Antalya
Yoхlama oyunu
24 yanvar

19.30 Qarabağ (Azərbaycan) - Levski (Bolqarıstan)

Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=321699

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR