Dropbox yeni şirkət alır

Dropbox yeni şirkət alır
20:57 24 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Dropbox öz komandasını səmərəli CloudOn mobil startapını almaqla gücləndirir.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, startapın İsrail qərargahı bu xəbəri təsdiqləyib.
 
CloudOn 9 milyon qeydiyyatdan keçmiş istifadəçilər üçün nəzərdə tutulub. Xidmət istifadəçilərə redaktə etmək imkanı yaradır. CloudOn bu gün yeni istifadəçilərin qeydiyyatını dayandırıb və onun 30 nəfər əməkdaşının 2015-ci ilin mart ayında Dropboxda işləməyə göndərildiyini bildirib.
 
CloudOnun əsas məqsədi Dropboxla mobil rabitəni asanlaşdırmaq və insanlara istədikləri yerdə və vaxtda işləmək imkanı təqdim etməkdir,- deyə Dropboxun nümayəndəsi bəyanatında bildirib.
 
Bu birləşmə nəticəsində CloudOnun təcrübəsi və ixtisası artacaq. CloudOnun ofisi Dropboxun İsraildə ilk ofisi olacaq. Şirkət Avropada ilk ofisini iki il bundan öncə Dublində (İrlandiya) açıb.
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/320590.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR