Məşhur rejissor fikrindən vaz keçdi

Məşhur rejissor fikrindən vaz keçdi
21:05 24 Yanvar 2015
108 Dünya
Ölkə mətbuatı
A- A+

Məşhur rejissor, “Taksi sürücüsü”, “Uol Strit canavarı” kimi filmlərin yaradıcısı Martin Scorsese Amerikanın keçmiş prezidenti Bil Clinton haqda sənədli filmin çəkilişlərini təxirə salıb.
 
”Hollywood Reporter” xəbər verir ki, səbəb rejissorla keçmiş prezident arasında suallar və son məhsul üzərində nəzarətlə bağlı yaranan fikir ayrılıqlarıdır.
 
Filmin bir hissəsi artıq çəkilib. HBO telekanalı bildirib ki, “filmin tezliklə hazır olacağı gözlənilmir, amma bu o demək deyil ki, bu heç vaxt baş verməyəcək”.
 
Milli.Az "Azadlıq" radiosuna istinadən bildirir ki, bundan əvvəl Scorsese Clintonu “ABŞ və dünya siyasətində mühüm rol oynamaqda davam edən görkəmli xadim” adlandırmışdı.
 
Clinton isə demişdi ki, əfsanəvi rejissorun onun haqqında film çəkməyə razı olduğuna sevinir. O, prezidentliyi və gələcək fəaliyyəti haqda hekayətini tamaşaçılarla bölüşəcəyini səbirsizliklə gözlədiyini bildirmişdi.
 
Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/49414.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR