Almaniya alimləri: portağal şirəsi portağalın özündən faydalıdır

Almaniya alimləri: portağal şirəsi portağalın özündən faydalıdır
21:33 24 Yanvar 2015
249 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 24 yanvar, AzərTAc
Bioloji fayda insan orqanizminin həmin maddələri nə dərəcədə yaxşı həzm etməsidir.
Almaniyanın Hoenahaym Universitetinin (Ştutqart) bioloqları müəyyən ediblər ki, portağal şirəsində karotinoidlərin və flavonoidlərin bioloji faydası bu sitrus bitkilərinin özü ilə müqayisədə xeyli yüksəkdir.
AzərTAc xarici KİV-lərə istinadla xəbər verir ki, alimlərin tədqiqatlarının nəticələri “Journal of Agricultural and Food Chemistry” jurnalında dərc olunub.
Alimlər portağalın və klassik üsulla çıxarılan portağal şirəsinin (həmçinin ani pasterizasiya üsulu ilə) birbaşa qomogenatının kimyəvi tərkibini müqayisə ediblər. Xromotoqrafiya göstərib ki, prosesin müxtəlif mərhələlərində flavonoid, karotinoid, C vitamini və bir sıra digər maddələrin konsentrasiyası dəyişir.
Yeni məlumatlar köhnələri təsdiqləyib. Əvvəlki məlumatlara görə, şirə çəkilməsi C vitamininə əsla təsir etməyib. Karotinoid və flavonoidlərin konsentrasiyası ciddi şəkildə azalsa da, bioloji faydası xeyli artıb. Məsələn, portağalda karotoinoidlərin miqdarını 100 faiz götürsək, orqanizm onun şirəsindən təqribən 30 faizini qəbul edəcək, portağal yesə, həmin rəqəm cəmi 12 faiz təşkil edəcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Almaniya_alimleri_portagal_siresi_portagalin_ozunden_faydalidir-827358

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR