Bakı, 27 iyul, AZƏRTAC
Müəllimlərin işə qəbulu üzrə müsabiqə davam edir.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, iyulun 27-dən 29-dək ibtidai sinif, musiqi, təsviri incəsənət, texnologiya ixtisasları üzrə test imtahanları keçiriləcək.
Xatırladaq ki, artıq müsabiqə çərçivəsində 14 fənn üzrə test imtahanı keçirilib. Müsahibə mərhələsi test imtahanları başa çatdıqdan sonra - iyulun 30-dan avqustun 3-dək olacaq.