Sierra-Leonedə Ebola virusuna yoluxmuş şotlandiyalı tibb bacısı Polin Kafferki sağalaraq xəstəxananı tərk edib.
APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, qadında Ebola virusu dekabrın 29-da, Qərbi Afrikadan qayıdarkən müəyyən edilmişdi.
Polin Kafferki digər britaniyalı tibb işçiləri ilə yanaşı Sierra-Leonedə Ebola epidimiyası ilə mübarizə aparıb. Onu adı açıqlanmayan eksperimental virusa qarşı preparatla müalicə olunduğu bildirlir.