Kralın qızıldan yeriyən sarayı (VİDEO)

Kralın qızıldan yeriyən sarayı (VİDEO)
23:31 24 Yanvar 2015
300 Dünya
Ölkə mətbuatı
A- A+

Kral Abdullanın ölümü ilə dünyanın aparıcı xəbər kanalları kral ailəsinin olmazlarını araşdırmağa başlayıblar. Məhz Abdullanın ölümündən sonra ailə ilə bağlı indiyədək heç yerdə səslənməyən faktlar ortaya atılıb.

Səudiyyə Ərəbistanının kralı Abdulla İbn Əbdül Əziz as Saudin ölümü onun haqqında maraqlı olan informasiyaları gündəmə gətirib. Məsələn, məlum olur ki, Kral 4 qızını13 ildir Ciddədəki sarayında əsir saxlayır. Hətta illər qabaq bu qızlar Birləşmiş Millətlər Təşkilatına müraciət edərək yardım istəmişdilər. Türk mətbuatının yazdığına görə, Kralın ikinci arvadı Alanoud Alfayezin dünyaya gətirdiyi qızlar - 42 yaşlı şahzadə Səhər və 38 yaşlı şahzadə Cəvahir bir neçə il əvvəl "Sundy Times" qəzetinə öz hekayələrini danışıblar. Onların anası Alanoud Alfaez tanınmış Səudi ailəsinin qızı olub və Abdullaha cəmi 15 yaşında olarkən ərə gəlib. Sonradan o kral Abdulla ilə bir neçə dəfə boşanıb, təzədən ailə qurub və ən sonda Londona köçüb. Qızlar da anaları ilə birlikdə Qərb həyat tərzi sürdükləri üçün ev dustaqlığına məruz qalıblar. İndi Kralın ölümü ilə qızların əsirilkdən xilas ola bilmələri də müzakirə mövzusudur. Müzakirə mövzusu olan həm də Abdullanın milyardlarla ölçülən sərvətidir. O sərvətə nə daxil deyil? Birinin dəyəri 150 milyonu ötən Boinq təyyarələri, birbaşa Okeana açılan yaxtaları, dünyanın neçə-neçə ölkəsində saray qəsrləri və s... Kral Abdullanı ən sonuncu gündəmə gətirən şey onun qızıldan yeriyən sarayı idi. Bəli, düz eşitdiniz. Abdullanın orta əsrlər sarayını xatırladan şəxsi avtobusunun təkcə qızıl işləmələrinə 2 milyon avro xərclənib. İstanbulun Avcılar Dizayn Şirkətinin həyata keçirdiyi bu servis xidməti Türkiyənni bir neçə televiziya kanalının gündəmində baş xəbər kimi verilmişdi.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı neft hasilatına görə dünya ölkələri arasında birinci yerdədir. Xarici mətbuat yazır ki, neftdən hər gün ölkə büdcəsinə daxil olan 1 milyard dollarda kralın da müəyyən hissə payı var.

Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=321688

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR