Portağalla bağlı bilmədikləriniz

Portağalla bağlı bilmədikləriniz
23:46 24 Yanvar 2015
170 Digər
Ölkə mətbuatı
A- A+

Portağal şirəsində karotinoidlərin və flavonoidlərin bioloji faydası bu sitrus bitkilərinin özü ilə müqayisədə xeyli yüksəkdir.

ANS PRESS-in məlumatına görə, almaniyalı alimlər bu qənaətə gəlib.

Almaniyanın Hoenahaym Universitetinin bioloqlarının tədqiqatlarının nəticələri “Journal of Agricultural and Food Chemistry” jurnalında dərc olunub.

Alimlər portağalın və klassik üsulla çıxarılan portağal şirəsinin (həmçinin ani pasterizasiya üsulu ilə) birbaşa qomogenatının kimyəvi tərkibini müqayisə ediblər. Xromotoqrafiya göstərib ki, prosesin müxtəlif mərhələlərində flavonoid, karotinoid, C vitamini və bir sıra digər maddələrin konsentrasiyası dəyişir.

Yeni məlumatlar köhnələri təsdiqləyib. Əvvəlki məlumatlara görə, şirə çəkilməsi C vitamininə əsla təsir etməyib. Karotinoid və flavonoidlərin konsentrasiyası ciddi şəkildə azalsa da, bioloji faydası xeyli artıb. Məsələn, portağalda karotoinoidlərin miqdarını 100 faiz götürsək, orqanizm onun şirəsindən təqribən 30 faizini qəbul edəcək, portağal yesə, həmin rəqəm cəmi 12 faiz təşkil edəcək.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=321706

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR