ATƏT: Mariupolun atəşə tutulması dinc əhaliyə qarşı amansız hücumdur

ATƏT: Mariupolun atəşə tutulması dinc əhaliyə qarşı amansız hücumdur
23:52 24 Yanvar 2015
104 Dünya
Ölkə mətbuatı
A- A+

[ 24 Yanvar 2015 23:47 ]

Bakı-APA. ATƏT-in Ukraynadakı monitorinq qrupunun rəhbəri Ərtoğrul Apakan Mariupol şəhərinin atəşə tutulması ilə əlaqədar bəyanat verib.

APA-nın UNN agentliyinə istinadən verdiyi xəbərə görə, Ə. Apakan Mariupolun atəşə tutulmasını dinc əhaliyə qarşı amansız hücum adlandırıb.

 

Həmçinin, ATƏT hücumun əhalinin sıx yaşadığı mikrorayona edilməsini təsdiqləyib. Ə.Apakan dərhal atəşin dayandırılması və hadisənin araşdırılmasına çağırıb.

 

Bundan əvvəl, ATƏT müşahidəçilərinin Mariupolda baş verən faciə yerinə yollanması barədə məlumat verilmişdi. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370293

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR