Samuxda yolu keçmək istəyən piyadanı maşın vurub öldürüb

00:07 25 Yanvar 2015
92 Digər
Ölkə mətbuatı
A- A+

[ 25 Yanvar 2015 00:02 ]

Samux. Azər Məmmədli – APA. Samuxda ölümlə nəticələnən yol nəqliyyat qəzası baş verib.

Samux rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə yanvarın 24-də axşam saatlarında rayonun Qarayeri qəsəbəsində baş verib.

 

Gəncə şəhər sakini, 65 yaşlı Rza Teymur oğlu Qasımov idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən Samuxun İstixana qəsəbə sakini, 28 yaşlı Bayram Rafiq oğlu Qasımovu vurub.

 

Yaralı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

 

Faktla bağlı Samux rayon Polis Şöbəsində araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370294

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR