İspaniya La Liqasında "Real Madrid" - “Kordoba” oyununda Kriştiano Ronaldo peşakara yaraşmayan hərəkət edib.
ANS PRESS-in məlumatına görə, dünyanın ən yaxşı futbolçusu oyunun 82-ci dəqiqəsində komandasını azlıqda qoyub. Gərgin keçən mübarizənin son dəqiqələrində ulduz futbolçu əsəblərinə hakim ola bilməyib.
O, əvvəlcə rəqib futbolçulardan birinin ayağına təpiklə vurub, digərini isə sifətindən itələyib. Ronaldo bu hərəkətlərinə görə qırmızı vərəqə alaraq meydandan qovulub.
Oyundan sonra Ronaldo qırmızı vərəqə aldığı üçün hər kəsdən üzr istəyib. Portuqaliyalı hücumçu bu görüşdə klub karyerası ərzində 600-cü oyununa çıxıb.
Qeyd edək ki, qarşılaşma “Real”ın 1:2 hesablı qələbəsi ilə başa çatıb.
Mənbə
ANS PRESS