I Avropa Oyunları ilə əlaqədar Bakıya gətirilən 50 avtobusun alınmasını “Bank VTB (Azərbaycan)” maliyyələşdirib

I Avropa Oyunları ilə əlaqədar Bakıya gətirilən 50 avtobusun alınmasını “Bank VTB (Azərbaycan)” maliyyələşdirib
17:32 26 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

[ 26 Dekabr 2014 17:27 ]

Bakı. Yeganə Laçınzadə - APA-Economics. I Avropa Oyunlarına hazırlıq çərçivəsində “Bank VTB (Azərbaycan)” 50 yeni avtobusun alınması üçün “Safa Trans” şirkətinə 7 mln. manat məbləğində kredit ayırıb.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, ilk 25 avtobus artıq Bakıya gətirilib və şəhər marşrutları üzrə işə başlayıb. “İsuzu” City Bus markalı Türkiyədə istehsal olunmuş nəqliyyat vasitələri sərnişinlərin təhlükəsiz və rahat gedişi üçün tam komplektasiya olunub. Avtobuslar  “Avro-5” ekoloji standartına cavab verir, kondisioner və isitmə sistemləri ilə təchiz olunub, uşaqlar, yaşlı və fiziki imkanları məhdud olan insanlar üçün xüsusi hissələrə malikdir. Araba ilə hərəkət edən sərnişinlər üçün avtobuslarda panduslar quraşdırılıb. Hər bir avtobus 27 oturacağa malikdir.

 

“2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunları Azərbaycan üçün böyük uğurdur. “Bank VTB (Azərbaycan)” bu əhəmiyyətli tədbirin hazırlığına öz töhfəsini verməkdən qürur duyur. Dünya standartlarının tələblərinə uyğun avtobusların alınmasının maliyyələşdirilməsini Avropa Oyunlarına bizim dəstəyimizin ilk mərhələsi hesab etmək olar”, - deyə “Bank VTB (Azərbaycan)”nın idarə heyətinin üzvü Zaur Rəsulov bildirib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367410

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR