Bakı-APA. Çinin şərqindəki Ünsü bölgəsində plastmas istehsalı müəssisəsində partlayış baş verib.
APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hadisənin səbəbi, ölən və yaralananların sayı barədə hələlik məlumat yoxdur.
Qeyd olunur ki, zavodun işçiləri evakuasiya olunur. Yanğınsöndürənlər partlayışdan sonra başlamış yanğını lokallaşdırmağa çalışırlar.