"Nar Mobile" daha bir təhsil layihəsinə dəstək oldu

"Nar Mobile" daha bir təhsil layihəsinə dəstək oldu
17:33 26 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 26 dekabr /Trend/

“Nar Mobile” ölkədə təhsilin təşviqinə yönələn layihələrə dəstək strategiyasına uyğun olaraq, hər il olduğu kimi, bu il də Azərbaycan Təhsil Nazirliyinin təşkil etdiyi “Elektron təhsil” müsabiqəsinə dəstək oldu.

Belə ki, “Nar Mobile” mobil operatoru öz ənənəsinə sadiq qalaraq, 8 sentyabr 2014-cü il tarixdə start götürən V Elektron təhsil müsabiqəsinin telekommunikasiya tərəfdaşı kimi çıxış edərək, Azərbaycanın təhsil sahəsində keçirilən ən genişmiqyaslı müsabiqələrdən birinə dəstək olub. Qeyd etmək lazımdır ki, bu il keçirilən Elektron təhsil müsabiqəsi “Təhsildə İnternet texnologiyaları", “Müasir məktəbdə elektron tədris resursları” və “Milli elektron tədris resurslarının yaradılması” istiqamətləri üzrə keçirilib.

Müsabiqənin keçirilməsində əsas məqsəd elektron tədris resurslarından, internet texnologiyalardan tədris prosesində istifadəni tanıtmaq, tədris məqsədləri üçün İnternetdən istifadənin yeni formalarını üzə çıxarmaq, tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdən ibarətdir.

26 dekabr 2014-cü il tarixdə layihənin başa çatması ilə əlaqədar təşkil edilmiş mərasimdə müsabiqənin qaliblərinə Təhsil Nazirliyinin xüsusi diplomları və sponsorların təqdim etdiyi dəyərli hədiyyələr təqdim edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2348086.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR