Azərbaycanın Norveçdəki səfiri bu ölkənin mədəniyyət nazirinin müavini ilə görüşüb

02:23 25 Yanvar 2015
172 Ölkə
Ölkə mətbuatı
A- A+


Oslo, 25 oktyabr, AzərTAc
Azərbaycanın Norveçdəki səfiri Adış Məmmədov bu ölkənin mədəniyyət nazirinin müavini Björgulv Vinje Borgundvaag ilə görüşüb.
Görüşdə Azərbaycanla Norveç arasında mədəniyyət, humanitar və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində müzakirələr aparılıb.
Səfir Azərbaycanda mədəniyyət sahəsində gedən inkişafdan, ölkəmizin qədim tarixi, incəsənəti və ədəbiyyatından söhbət açıb. Qeyd edib ki, iki ölkə arasında mədəni əlaqələrin daha da genişləndirilməsi məqsədi ilə 2015-ci ildə Norveçdə Azərbaycan mədəniyyəti günlərinin keçirilməsi qərara alınıb. A.Məmmədov bu tədbirin iki ölkə arasında əlaqələrin inkişafına yeni təkan verəcəyinə əminliyini bildirib.
Norveç mədəniyyət nazirinin müavini dost ölkə olan Azərbaycanda gedən inkişaf proseslərindən məmnunluğunu ifadə edib və səfirin mədəniyyət sahəsində əməkdaşlığın möhkəmləndirməsi təklifini dəstəkləyib. Björgulv Vinje Borgundvaag xalqımızın qədim mədəniyyətinin Norveçdə daha yaxından tanıdılması üçün ölkəsində Azərbaycan mədəniyyət günlərinin keçirilməsi qərarını yüksək dəyərləndirib.
Rauf Əliyev
AzərTAc-ın xüsusi müxbiri
Oslo

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanin_Norvechdeki_sefiri_bu_olkenin_medeniyyet_nazirinin_muavini_ile_gorusub-827369

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR