ABŞ prezidenti Barak Obama baş nazir Narendra Modi ilə iqlim dəyişikliyi və iqtisadi əlaqələr barədə danışıqlar aparmaq üçün Hindistana səfər edib.
ANS PRESS-in məlumatına görə, Prezidentin Hindistana səfərinə ikitərəfli zirvə görüşü, eləcə də ABŞ və Hindistan biznes liderləri arasında iqtisadi danışıqlar daxildir.
Qeyd edək ki, Obama Hindistanın Respublika Gününə qatılacaq ilk ABŞ prezidenti olacaq.
Səfər keçən il Modinin Vaşinqtona səfəri zamanı razılaşdırılmışdı. Hindistan lideri prezident və birinci xanımı mərasimə qonaq kimi dəvət etmişdi.
Hər il yanvarın 26-da Hindistan 1950-ci ildə ölkə Konstitusiyasının qüvvəyə minməsi günü Respublika Günü kimi qeyd edir.
Mənbə
ANS PRESS