ABŞ vitse-prezidenti Rusiyanı Minsk razılaşmalarının pozulmasında ittiham edib

ABŞ vitse-prezidenti Rusiyanı Minsk razılaşmalarının pozulmasında ittiham edib
03:57 25 Yanvar 2015
147 Dünya
Ölkə mətbuatı
A- A+

[ 25 Yanvar 2015 03:35 ]


Bakı-APA. ABŞ-ın vitse-prezidenti Co Bayden Ukraynanın dövlət başçısı Pyotr Poroşenko ilə telefon danışığı zamanı Rusiyanı Minsk razılaşmalarının pozulmasında ittiham edib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin yaydığı açıqlamada bildirilir.

 

“Bayden və Poroşenko Rusiyanın Minsk razılaşmalarında əks olunan öhdəliklərinə etinasızlıqla yanaşmasından və Ukraynada vəziyyətin yenidən gərginləşməsindən narahatlıqlarını ifadə ediblər. Həmçinin, vitse-prezident Bayden Ukraynanın şərqində Rusiyanın dəstəklədiyi separatçıların hücumunu pisləyib”, sənəddə deyilir.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370298

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR