Şərqi Çinin Yunsu əyalətində plastmas zavodunda baş verən yanğın partlayışla müşahidə olunub.
ANS PRESS-in məlumatına görə, yerli KİV partlayışın qurbanları və xəsarət alanlar barədə heç bir məlumat vermir. Bu barədə İtar-Tass xəbər verir.
Sinxua agentliyi işçilərin kimyəvi zavoddan təxliyyə olunduğu haqda xəbər yayıb. Yanğınsöndürənlər çalışsa da hələ ki, yanğını nəzarət altına ala bilməyiblər.
Polis hadisənin baş vermə səbəblərini araşdırır. Mənbə
ANS PRESS