Müdafiə nazirini qarşıladılar (FOTO)

Müdafiə nazirini qarşıladılar (FOTO)
17:51 26 Dekabr 2014
121 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikası ilə Bəhreyn Krallığı arasında əməkdaşlıq planı imzalanıb.

ANS PRESS-in Müdafiə Nazirliyinə istinadla verdiyi məlumata görə, Bəhreyn Krallığında rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun Bəhreyn Müdafiə Qüvvələri Qərargahında Müdafiə Qüvvələrinin Baş komandanı, feldmarşal Şeyx Xəlifə bin Əhməd Əl Xəlifə tərəfindən qarşılanma mərasimi keçirilib.

Geniş tərkibdə keçirilən görüşdə ölkələrimiz arasında dostluq və hərbi əməkdaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə edilərək mövcud əlaqələr və ümumi maraq doğuran məsələlər müzakirə olunub.

Görüşdən sonra birgə hərbi əməkdaşlığın fəallaşdırılması və genişləndirilməsini nəzərdə tutan ikitərəfli əməkdaşlıq planı imzalanıb.

Sonra Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndə heyəti Bəhreyn Kral Hərbi Hava Qüvvələri və Bəhreyn Kral Hərbi Dəniz Qüvvələri Komandanlıqlarında olaraq hərbi hava və hərbi dəniz bazalarını, o cümlədən hərbi tibb müəssisələrini ziyarət edib.
















Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=17&nid=316500

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR