“Yaponiyanın yanındayıq”

“Yaponiyanın yanındayıq”
08:36 25 Yanvar 2015
94 Dünya
Ölkə mətbuatı
A- A+

Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Barak Obama İŞİD tərəfindən yaponiyalı girovu öldürülməsini qətiyyətlə pisləyib.

ANS PRESS-in məlumatına görə, ABŞ prezidenti Barak Obama Hindistana səfərindən əvvəl yaponiyalı girovun İŞİD yaraqlıları tərəfindən edam edilməsi ilə bağlı yazılı açıqlama verib. Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurası müşavirinin müavini Patrik Ventrell bildirib.

“ABŞ olaraq İŞİD terror qruplaşmasının Yaponiya vətəndaşı Haruna Yukavanı vəhşicə öldürməsini şiddətlə qınayırıq” – deyə B.Obama vurğulayıb.

Ağ Ev rəhbəri hərbi jurnalist Kenki Qoto və digər girovların tez bir zamanda buraxılmasını tələb edərək, müttəfiqləri Yaponiya ilə çiyin-çiyinə durduqlarını sözlərinə əlavə edib.

Məsələ ilə bağlı həmçinin ABŞ Dövlət Katibi Con Kerri də təəssüfləndiyini qeyd edib.

Xatırladaq ki, ötən gün İŞİD terror qruplaşması tərəfindən edam edilən 42 yaşlı Yukava ötən ilin avqustunda girov götürülmüşdü.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=321735

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR