Ukraynanın Azərbaycandakı səfiri AzərTAc-da olub

Ukraynanın Azərbaycandakı səfiri AzərTAc-da olub
17:52 26 Dekabr 2014
75 Digər
Ölkə mətbuatı
A- A+

[ 26 Dekabr 2014 17:49 ]

Bakı – APA. Azərbaycan və Ukraynanı sıx dostluq münasibətləri birləşdirir. İki ölkənin informasiya agentlikləri - AzərTAc və Ukrinform arasında möhkəm tərəfdaşlıq əlaqələri mövcuddur.


APA-nın məlumatına görə, bu fikir AzərTAc-ın baş direktoru Aslan Aslanovun Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko ilə görüşündə səslənib.


Görüşdə iki ölkə arasında qarşılıqlı informasiya mübadiləsinin indiki vəziyyətinə və perspektivlərinə nəzər salınıb. Qeyd olunub ki, Ukrinform həm MDB məkanında, həm də beynəlxalq təşkilatlarda AzərTAc-ın ən sıx əlaqələr qurduğu informasiya agentliklərindən biridir. AzərTAc özünün ev sahibliyi etdiyi beynəlxalq media tədbirlərində Ukraynanın bu xəbər qurumunun iştirakına şərait yaratmağa hazırdır.


Səfir A. Mişenko iki ölkənin xalqları arasında sıx dostluq və qardaşlıq münasibətlərinin mövcud olduğunu, Azərbaycanın Ukraynaya daim dəstək verdiyini vurğulayıb. O qeyd edib ki, Ukraynada yaşayan azərbaycanlılar ölkənin bu çətin günlərində də respublikanın ictimai-siyasi həyatında fəal iştirak edir, onu öz vətənləri kimi qəbul edirlər. Diplomat eyni zamanda vurğulayıb ki, bu gün həm Azərbaycan, həm də bütün dünyada Ukraynada baş verən hadisələr haqqında obyektiv və qərəzsiz informasiyaya ehtiyac var. AzərTAc da Azərbaycan cəmiyyətinə belə məlumatların çatdırılmasında önəmli rol oynayır.


Görüşdə regiondakı münaqişələrin xalqlara və dövlətlərə çətinliklər yaratdığı, inkişafa maneələr törətdiyi qeyd edilib, ictimaiyyətin obyektiv məlumatlandırılması ilə bağlı fikir mübadiləsi aparılıb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367415

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR