Maydan yenə adamla doldu (VİDEO)

Maydan yenə adamla doldu (VİDEO)
08:46 25 Yanvar 2015
116 Dünya
Ölkə mətbuatı
A- A+

Ukraynanın paytaxt Kiyev olmaqla bir çox şəhərlərində şənvə günü qrad atəşinə tutulmuş Mariupol qurbanları anılır.

ANS PRESS-in məlumatına görə, paytaxt Kiyevdə minlərlə insan şəhərin əsas meydanı olan Maydana yığışıb, ölənlərin ruhuna şam yandırıblar.

Mariupolun özündə də insanlar Lenin meydanına yığışaraq ölənləri yad ediblər.

Qeyd edək ki, şənbə günü Ukraynaın Mariupol şəhəri güclü qrad atəşinə məruz qalıb. Nəticədə 30 nəfər həyatını itirib, 102 nəfər yaralanıb.

Ukrayna rəsmiləri atəşin qondarma Donetsk Xalq Respublikasından yönləndiyini iddia etsə də, əks tərəf ittihamları qəbul etmir.







Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=321734

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR