Bakıda əməliyyat: 5 nəfər köçürüldü

Bakıda əməliyyat: 5 nəfər köçürüldü
09:05 25 Yanvar 2015
88 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda yağan yağış evlərə dolub.

Milli.Az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, qurumun “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri ərazisində yağan yağışlar nəticəsində, Xətai rayonunda yerləşən 3 fərdi yaşayış evinin həyətyanı sahəsinə su dolub və vətəndaşların evdən çıxması çətinləşib. Hadisə yerinə xilasedicilər cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Keçirilmiş əməliyyat zamanı 5 nəfər təhlükəsiz əraziyə köçürülüb.

Əməliyyat saat 06:22-də başa çatıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/320814.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR