Ağır yol qəza, Ələt qazsız qaldı

Ağır yol qəza, Ələt qazsız qaldı
10:11 25 Yanvar 2015
276 Ölkə
Ölkə mətbuatı
A- A+

Ələt-Astara magistral yolunda ağır yol qəzası olub.

ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, hadisə gecə saatlarında baş verib.

Ələt Astara magistral yolunun 230-cu kilometrliyində yolun Astara rayonu Ərkivan qəsəbəsindən keçən hissəsində Qasımov Elçin Firudin oğlu idarə etdiyi "VAZ 2106" avtomobilində idarəetməni itirib. Nəticədə avtomobil aşaraq yolun kənarındakı qaz borusuna çırpılıb, sürücü yerindəcə keçinib, qaz borusu sıradan çıxıb. Bu səbəbədən Ərkivan qəsəbəsinə mavi yanacaq verilməsi dayandırılıb.

Məlumata görə, 28 yaşlı Qasımov Elçin Firudin oğlu Degədi kənd sakini olub.

İlkin ehtimallara görə, qəzaya səbəb yüksək sürət olub. Hadisə Astara rayon prokurorluğunda araşdırılır.
Mənbə
ANS PRESS Esmira İsmayılova



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=321747

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR