Çörəyimizə qurd daraşdı

Çörəyimizə qurd daraşdı
11:27 25 Yanvar 2015
173 Sosial
Ölkə mətbuatı
A- A+

"KANAL S" (Region TV) xəbər verir ki, təmas xəttinə yaxın taxıl sahələrində el arasında "taxıl hafı" kimi tanınan taxıl böcəyi həşəratlarının çoxalması müşahidə olunur. Bu barədə yerli sahibkarlar məlumat veriblər.

Hazırda Ağdam, Ağcabədi, Xocavənd və Füzuli rayonlarının ərazisində yerləşən Ergi və Haramı düzlərində dəmyə şəraitdə becərilən 3500 hektardan çox sahədə bu növ həşəratların olduğu müəyyən edilib və onlara qarşı mübarizə tədbirləri aparılır. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzinin Füzuli rayonu üzrə mütəxəssisi Yusif Hüseynov Kanal S-in Qarabağ bürosuna bildirib ki, rayon ərazisində 281 hektar taxıl sahəsində taxıl böcəklərinin olduğu aşkarlanıb və zərərvericilərə qarşı tədbir görülüb. Mərkəzin Beyləqan rayonundakı nümayəndəliyindən də bildirilib ki, taxıl böcəklərinin rast gəlindiyi sahələr ciddi nəzarət altına alınıb və dərmanlama işləri aparılır.

Mütəxəssislərin sözlərinə görə, bir taxıl böcəyi bir dəfədə 16-30 yumurta qoymaqla sürətlə çoxalmaq qabiliyyətinə malikdir. Bir kv.m sahədə 3-dən çox böcək müşahidə olunursa, bu artıq taxıl sahəsinin ciddi təhlükə altında olmasına işarədir. Suvarıla bilən taxıl sahələrində isə sümürtkən, məftil qurdu və şıqqıldaq qurdlarına rast gəlinir. Kənd təsərrüfatı mütəxəssislərinin sözlərinə görə, bölgədə yerləşən yonca sahələrində isə gödəkquyruq siçanların sürü halında meydana gəlməsinə təsadüf olunur. Hazırda bu zərərvericilərə qarşı da dövlət vəsaiti hesabına mübarizə aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/320833.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR