Bank VTB (Azərbaycan) yeni müasir avtobusların alışını maliyyələşdirib

Bank VTB (Azərbaycan) yeni müasir avtobusların alışını maliyyələşdirib
18:03 26 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 26 dekabr /Trend/

Bakı 2015 Avropa Oyunlarına hazırlıq çərçivəsində Bank VTB (Azərbaycan) 50 yeni avtobusun alınması üçün "Safa Trans" şirkətinə 7 milyon manat məbləğində kredit ayırıb.

Bankdan Trend-ə verilən məlumata görə, ilk 25 avtobus artıq Bakıya gətirilib və şəhər marşrutları üzrə işə başlayıb. “İsuzu City Bus" markalı Türkiyədə istehsal olunmuş nəqliyyat vasitələri sərnişinlərin təhlükəsiz və rahat gedişi üçün tam komplektasiya olunub. Avtobuslar Avro-5 ekoloji standartına cavab verir, kondisioner və isitmə sistemləri ilə təchiz olunub, uşaqlar, yaşlı və fiziki imkanları məhdud insanlar üçün xüsusi hissələrə malikdir. Araba ilə hərəkət edən sərnişinlər üçün avtobuslarda panduslar quraşdırılıb. Hər bir avtobus 27 oturacağa malikdir.

Bank VTB-nin (Azərbaycan) İdarə Heyətinin üzvü Zaur Rəsulov bildirib: “2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunları Azərbaycan üçün böyük uğurdur. Bank VTB (Azərbaycan) bu əhəmiyyətli tədbirin hazırlığına öz töhfəsini verməkdən qürur duyur. Dünya standartlarının tələblərinə uyğun avtobusların alınmasının maliyyələşdirilməsini Avropa Oyunlarına bizim dəstəyimizin ilk mərhələsi hesab etmək olar”.

Qeyd edək ki, Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları VTB Bank ASC və “AtaHolding” ASC-dir. Bank VTB (Azərbaycan) ASC əsasən korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə xidmət göstərir. Bu gün bank 12 filial və baş ofis yanında Müştəri xidmətləri idarəsi ilə təmsil olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2348105.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR