Ət bazarında vəziyyət gərginləşəcək

Ət bazarında vəziyyət gərginləşəcək
12:27 25 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

"KANAL S" (Region TV) xəbər verir ki, bölgələrdə yem məhsullarının bahalaşması müşahidə olunur.  Xüsusilə quru ot və yonca bağlamalarının qiymətində baş verən artım fermerləri ciddi narahat edir. Sahibkarlar hesab edirlər ki, bahalaşma uzunmüddətli xarakter daşısa, maldarlıq sahəsində ciddi problemlər yarana bilər. Ət və ət məhsulları bazarında da vəziyyətin gərginləşəcəyi proqnozlaşdırlır.

Yem bazarında zəruri yemçilik məhsullarının bahalaşması əsasən ötən ilin yaz-yay aylarının quraqlıq keçməsi ilə əlaqələndirilir. Ot və yonca bağlamalarının satışı ilə məşğul olanlar iddia edirlər ki, bu növ məhsulları daha ucuz satmaq sərfəli deyil.

Maldarlıqla məşğul olanlar isə qiymətlərin bu səviyyədə qalacağı halda daha heyvandarlıqla məşğul olmayacaqlarını deyirlər.

Yem məhsullarının bahalaşması ət bazarına da ciddi təsir göstərir. Ət satışı ilə məşğul olan sahibkarlar hesab edirlər ki, bazarda tarazlığın bu cür pozulması ət və ət məhsullarının birdən-birə yüksək fərqlə bahalaşmasına səbəb ola bilər.

Sahibkarlar və fermerlər hesab edirlər ki, bazarda qiymətlərin tənzimlənməsinə mütəxəssislər müdaxilə etməsələr, heyvandarlıq sahəsində ciddi problemlərin yaranacağı qaçılmazdır. Bəzi iqtisadçılar isə deyirlər ki, bu cür hallar hər il qış fəslinin sonuna yaxın yaranır. Yaz aylarından etibarən, daha doğrusu, heyvandarlıq üçün yaşıl yem meydana gəldikdən sonra təbii şəkildə tənzimlənir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/320840.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR