"Kaçak gelinler" yenə kanal dəyişdirir

"Kaçak gelinler" yenə kanal dəyişdirir
12:31 25 Yanvar 2015
141 Şou
Ölkə mətbuatı
A- A+

Telekanal rəhbəri və aparıcı Acun İlicalı "Hom Ofis"dən sonra "Kaçak Gelinler" ("Qaçmış gəlinlər") serialını da bağlamaq istəyir.

Axşam.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, serialın final etməsi gözlənilsə də, əsas qərarı rejissor açıqlayıb. Star TV-də olduğu qədər populyarlıq qazana bilmədiyi üçün serial bu həftə TV8-də final seriyasını yayımlayacaq.

"Kaçak gelinler"i çəkən şirkətin rəhbəri Mehmet Yiğit Alp isə serialı başqa kanalda davam etdirəcəklərini söyləyib:

"Serialımız bu kanalda istədiyimiz reytinqi qazana bilmədi, amma sosial şəbəkələrdə böyük bir fanat kütləmiz var. Hər seriya internetdə böyük maraq doğurur. Ona görə davam etməyi planlaşdırırıq. Fanatlar narahat olmasın, digər kanalda mütləq serialın yayımı davam edəcək".


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=25530

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR