Azərbaycanın elektrik enerjisinin ixracı niyə yubanır?

Azərbaycanın elektrik enerjisinin ixracı niyə yubanır?
12:33 25 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 25 yanvar /Trend, müxbir Emil İsmayılov/

"Azərbaycan-Gürcüstan-Türkiyə" enerji körpüsü çərçivəsində Azərbaycandan elektrik enerjisinin ixracına kommersiya məsələlərinin həllindən sonra başlanacaq.

Bu barədə Trend-ə ölkənin enerji bazarındakı mənbə bildirib.

Onun sözlərinə görə, enerji körpüsü çərçivəsində elektrik enerjisinin ixracının təmin olunması üçün bütün zəruri texniki işlər həyata keçirilib: "Kommersiya məsələlərinin həllindən sonra artıq elektrik enerjisinin ixracına və tranzitinə başlamaq mümkün olacaq”.

Bununla yanaşı, mənbə Azərbaycandan elektrik enerjisinin Gürcüstan vasitəsilə Türkiyəyə tranzitlə ixracına başlamağın mümkün olacağı tarixi açıqlamayıb: "İxrac əməliyyatlarına başlamaq barədə danışmaq hələlik çətindir".

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/energy/2356079.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR