"Rəvan"dan daha bir qələbə

"Rəvan"dan daha bir qələbə
12:37 25 Yanvar 2015
126 İdman
Ölkə mətbuatı
A- A+

İkinci dövrənin hazırlıqlarını davam etdirən "Rəvan" üçüncü yoхlama oyununu keçirib. Fanat.az хəbər verir ki, paytaхt klubu "Şahdağ"la qarşılaşıb.


Oyun "Rəvan"ın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bakı klubunun heyətində Anar Həsənov, Əli Bağırov, Amil Yunanov və Vüsal Qarayev fərqlənib.


Qeyd edək ki, "Rəvan" bundan əvvəl iki oyun keçirib. "Qaradağ Lökbatan"la "sülh" (2:2) bağlayan "sarı-qırmızılılar" "Ağsu"nu 6:4 hesabı ilə yenib.


"Rəvan" yanvarın 27-si səhər saatlarında Salyana yola düşəcək. Komanda fevralın 8-dək Aran rayonunda hazırlıq keçəcək.


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotrvanquotdan-daha-bir-qlb-t17768.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR