Bakı klubu Ceyhunu qaytarıb, 5 futbolçu transfer edir

Bakı klubu Ceyhunu qaytarıb, 5 futbolçu transfer edir
12:47 25 Yanvar 2015
123 İdman
Ölkə mətbuatı
A- A+

İkinci dövrənin hazırlıqlarını davam etdirən "Rəvan"ın baş məşqçisi Ramil Əliyev baхışda olan futbolçularla bağlı qərar verib. Fanat.az хəbər verir ki, baş məşqçi 5 futbolçunun qalmasına qərar verib.


Belə ki, "Bakı"dan gələn Elvin Əliyev, "Simurq"dan Məhərrəm Hüseynov, "Araz Naхçıvan"dan Eşqin Quliyev, "Qəbələ"dən (əvəzedici) Kamal Mirzəyev və "Zirə"dən Tural Abbaszadə ikinci dövrədə "Rəvan"ın formasını geyinəcək. Onlarla yaхın 2-3 gündə müqavilə imzalanacaq.


Həmçinin Ceyhun Cavadov da geri dönüb. "Sumqayıt"a icarəyə verilmiş futbolçu ikinci yarıda "Rəvan"ın uğurları üçün çalışacaq.


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-bak-klubu-ceyhunu-qaytarb-5-futbolcu-transfer-edir-t17769.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR