Azərbaycanda yol qırğını davam edir: 7 nəfər öldü

Azərbaycanda yol qırğını davam edir: 7 nəfər öldü
13:29 25 Yanvar 2015
93 Ölkə
Ölkə mətbuatı
A- A+

Yanvarın 24-də - şənbə günü Azərbaycan yollarında baş vermiş avtomobil qəzaları 7 nəfərin həyatına son qoyub. Lent.az-ın məlumatına görə, gün ərzində ümumilikdə 16 ağır və ya nisbətən ağır yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə dünyasını dəyişən 7 nəfərdən başqa 13 nəfər də müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

 

Ölümlə nəticələnən qəzalardan 2-si Bakıda, digər 5-i isə rayonlarda baş verib.

 

Hər bir fakt üzrə zəruri araşdırmalar aparılır.

 

Qeyd edək ki, son günlər ölkə ərazisində yağmurlu hava şəraiti hökm sürür. Bir çox yollarda duman çətinliklər yaradır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191412

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR