İsraildə yaşayan alimimiz vəfat edib

İsraildə yaşayan alimimiz vəfat edib
13:42 25 Yanvar 2015
159 Sosial
Ölkə mətbuatı
A- A+

İsraildə yaşayıb, fəaliyyət göstərən məşhur azərbaycanlı alim və pedaqoq Bəxtiyar Mikayıl oğlu Yaqubov 74 yaşında dünyasını dəyişib. Bu barədə Modern.az saytına “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasından məlumat verilib.

Bəxtiyar Yaqubov 26 iyul 1941-ci ildə Azərbaycan Respublikasının Göyçay rayonunda doğulub. Azərbaycan Neft və Kimya İnstitutunu bitirəndən sonra elmi fəaliyyətlə məşğul olub, eyni zamanda Azərbaycan Politexnik İnstitutunda dərs deyib.

Görkəmli alim Azad Mirzəcanzadənin rəhbərliyi altında doktorluq dissertasiyası müdafiə edən Bəxtiyar Yaqubov bir sıra elmi məqalələrin müəllifi kimi də tanınıb.

1996-cı ildə İsrailə köçən alim bu ölkədəki Texniki Kollecdə elmi və pedaqoji fəaliyyətini davam etdirib. Eyni zamanda diaspor işində aktivlik göstərən B.Yaqubov “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasında təmsil olunub.

Mərhumun özündən sonra həyat yoldaşı və 3 övladı qalıb.

Allah rəhmət eləsin!

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/320847.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR