Bakı. Fuad Cəfərov - APA. Qələbə dairəsində nəqliyyatın hərəkət istiqaməti dəyişdirilib.
“Azəryolservis” ASC-dən APA-ya verilən məlumata görə, nəqliyyat vasitələrinin fasiləsiz hərəkətinin təşkil etmək məqsədi ilə Qələbə dairəsi Həsən bəy Zərdabi küçəsində 20 Yanvar dairəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılaraq Abdulvahab Salamzadə küçəsinə istiqamətləndirilib.