Azərbaycanın tam rəqəmsallaşmasına 1 faiz qaldı

Azərbaycanın tam rəqəmsallaşmasına 1 faiz qaldı
14:11 25 Yanvar 2015
121 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanın yaşayış məntəqələrinin 99 faizi rəqəmsal televiziya siqnalı ilə əhatə olunub. ANS PRESS-in məlumatına görə, bunu Trend-ə "Teleradio" İstehsalat Birliyindən (İB) deyiblər.

2014-cü ilin yekunları üzrə İB rəqəmsal TV siqnalının 26 ötürücü aparatını istismara verib.

İB-dən deyiblər ki, Azərbaycan rəqəmsal televiziya yayım standartına keçməyə tam hazırdır. Azərbaycanda rəqəmsal televiziya standartına tam keçid 2015-ci ilin ikinci yarısında gözlənilir.

Hazırda ölkə əhalisi açıq paketdə 12 telekanaldan istifadə edir.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=20&nid=321756

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR