Şəkidə 59 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.
Şəki Şəhər-Rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə Şəki şəhəri Nəriman Nərimanov küçəsi, 79-cu kvartal, ev 2 ünvanında baş verib.
Şəki şəhər sakini, 1956-cı il təvəllüdlü Adil Məmməd oğlu İmaməliyev yaşadığı evin vanna otağında huşsuz vəziyyətdə ailə üzvləri tərəfindən aşkarlanıb.
Hadisə yerinə çağırılmış Təcilli Tibbi Yardım Stansiyası həkiminin müayinəsi və araşdırması zamanı məlum olub ki, 59 yaşlı Adil İmaməliyev vanna otağında çimərkən yıxılıb.
Yıxılaraq başı divara dəyən Adil İmaməliyev beyninə qan sızması nəticəsində ölüb.
Adil İmaməliyevin son zamanlar ürək xəstəliyindən əziyyət çəkdiyi də bildirilir.