Qubad İbadoğlunun tərəfdarı Müsavatdan çıxarıldı

Qubad İbadoğlunun tərəfdarı Müsavatdan çıxarıldı
14:24 25 Yanvar 2015
116 Ölkə
Ölkə mətbuatı
A- A+

Müsavat Partiyasının tanınmış fəallarından olan Ənvər Əhməd partiya sıralarından xaric edilib.

 

Bu barədə APA-ya Ə. Əhmədin özü məlumat verib. O, partiyanın ideoloji xəttinə zidd fikirlər və çağırışlar səsləndirməkdə günahlandırılaraq qeydiyyatda olduğu Sumqayıt şəhər təşkilatı şurasının qərarı ilə Müsavat üzvlüyündən uzaqlaşdırıldığını deyib.

 

Ə. Əhməd VIII qurultaydan sonra formalaşan Mərkəzi Nəzarət Təftiş Komissiyası və Məclisi qeyri-legitim saydığı üçün qərardan hər hansı şikayət verməyəcəyini bildirib.

 

Qeyd edək ki, Ə. Əhməd 2003-cü il prezident seçkilərindən sonra həbs olunub və 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. O, hazırda Qubad İbadoğlunun yaratdığı Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatında təmsil olunur.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191416

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR