Ruslar Cahangir Hacıyevdən kömək istədilər

Ruslar Cahangir Hacıyevdən kömək istədilər
14:27 25 Yanvar 2015
156 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycan Beynəlxalq Bankı (ABB) və Rusiyanın “Sberbank”ı Davosda Dünya İqtisadi Forumu çərçivəsində qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında memorandum imzalayıblar.

Bu barədə Rusiya bankının yaydığı məlumatda deyilir. Sənədi ABB İdarə Heyətinin sədri Cahangir Hacıyev və “Sberbank”ın prezidenti German Qref imzalayıblar.

Əməkdaşlıq istiqamətləri sırasında investisiya layihələrinin birgə maliyylələşdirilməsində tərəflərin iştirakı, Rusiya, Azərbaycan və tərəflərin törəmə cəmiyyətləri və filiallarının yerləşdiyi üçüncü ölkələrdə ticarətin maliyyələşdirməsinin təşkili, həmçinin dünya maliyyə bazarlarında əməkdaşlıq var.

Qeyd edək ki, bundan əvvəl Rusiya maliyyə institutları rəsmi Bakının nəzarət etdiyi qurumlara diqqət yetirmirdilər.

“İqtisadi Təşəbbüslərə Yardım” İctimai Birliyinin sədri Azər Mehdiyev "Turan"a bildirib ki, bu tendensiya Ukrayna böhranı ilə əlaqədardır. Belə ki, bundan sonra Rusiya bankları beynəlxalq banklararası informasiya ötürülməsi və ödənişlərin həyata keçirilməsi sisteminə (SWIFT) çıxış imkanlarını itirmək təhlükəsi ilə üzləşiblər.

Bundan əlavə, iri banklar və dünya səviyyəli digər maliyyə qurumları da “Sberbank”a kredit verməkdən imtina edirlər. Onlar hesab edirlər ki, bu, birbaşa Kreml tərəfindən idarə olunan qurumlardan biridir.

İqtisadçının sözlərinə görə, Davosda imzalanan saziş aralıq xarakteri daşıyır və Qərb strukturları “Moskva monstrı”na “yumşaq” yanaşmağa başlayan kimi sözügedən memorandum da hazırkı əhəmiyyətini itirəcək.

Rusiya “Sberbank”ı bu ölkənin ən iri banklarından və aparıcı qlobal maliyyə institutlarından biridir. Ölkənin bank sektorunun aktivlərinin təxminən 1/3 hissəsi bu bankın payına düşür.

ABB 1992-ci ildə yaradılıb və Azərbaycanın iri bankıdır. Hazırda bankın kapitalında 50,2 faizi dövlətə, 49,8 faizi özəl səhmdarlara məxsusdur.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/320852.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR