İstirahətə gedənləri qar uddu

İstirahətə gedənləri qar uddu
15:57 25 Yanvar 2015
146 Dünya
Ölkə mətbuatı
A- A+

Bir gün əvvəl itkin düşən 6 xizəkçinin cəsədini bu gün xilasedicilər tapıblar.

Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, hadisə Fransada, Keras trasında baş verib.

Agence France-Presse-in məlumatına görə, turistlər qar uçqununun altında qalıblar. 

50-70 yaş arası 6 xizəkçidən ibarət qrup ötən şənbə günü Alp dağlarının Fransa və İtaliya sərhədindəki məşhur dağ marşrutuna yollanıb. Ancaq Yuxarı Alp Regionu Departamentindən bildirilib ki, onlar uçquna düşüblər.

Onlardan 3-nün cəsədi dağın ətəyində, 2500 m hündürlükdə tapılıb. Pis hava şəraiti səbəbindən axtarışlar dayandırılıb. Bazar günü isə 18 xilasedici hadisə yerinə vertolyotla gəlib. Xidməti itlərin köməyi ilə digər həlak olanların  da cəsədi tapılıb.

"Qar uçqunları tədqiqatı assosiasiyası"ndan verilən məlumata görə, hər il qar uçqunu səbəbindən Fransız Alplarında 30 nəfər ölür. 2014-2015 qış mövsümü bşlayandan artıq 11 adam həlak olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/320860.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR