Səudiyyə "Yox" cavabı aldı

Səudiyyə "Yox" cavabı aldı
16:36 25 Yanvar 2015
139 Dünya
Ölkə mətbuatı
A- A+

Almaniya Səudiyyə Ərəbistanına silah çatdırılmasını dayandırıb.

ANS PRESS-in məlumatına görə, bu qərar çərşənbə günü - yanvarın 21-də keçirilən toplantıda qəbul edilib. Həmin toplantıda Almaniya kansleri Angela Merkel və nazirlər kabinetinin 7 üzvü iştirak edib.

Bu qərarın qəbul edilməsinə səbəb Yaxın Şərqdə vəziyyətin qeyri-stabil olması göstərilir. Belə ki, Berlin satdığı silahın regiondakı terrorçuların əlinə düşə biləcəyindən qorxur. Alman hakimiyyəti hələlik bu məlumatı şərh etmir.

Qeyd edək ki, 2013-cü ildə Almaniya Federativ Respublikası Səudiyyə Ərəbistanına 360 milyon avroluq silah-sursatın çatıdırılmasına razılıq vermişdi. Bundan əvvəl isə Ər-Riyadın Almaniyadan 2,5 milyard avroya 5 sualtı qayıq alacağı haqqında məlumatlar yayılmışdı.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=321779

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR