Almaniya türk gəncin qəhrəmanlığından danışır (FOTO)

Almaniya türk gəncin qəhrəmanlığından danışır (FOTO)
18:11 25 Yanvar 2015
144 Dünya
Ölkə mətbuatı
A- A+

Almaniyanın dövlət telekanalı Offenbak şəhərində 2 alman qızını təcavüzçü gənclərdən qorumağa çalışarkən öldürülən 22 yaşlı türk qızı Tuğçe Albayrakdan daha bir türkdən söz açıb.

ANS PRESS-in məlumatına, bu dəfə mövzu Burhan İlkan adlı türk gənci idi. O, Köln şəhərində bənzər bir hadisədə hücuma məruz qalıb və döyülərək ağır yaralanıb.

İkinci dövlət kanalı ZDF-in xəbər bülletenində reportajı ekrana gətirilən Burxan İlhan, evinin əşyalarını daşıdıqları zaman çətinlik çəkən ata və oğulun kömək edərkən təzyiqə məruz qalıb. Qrup halında gələn şəxslər Burhan İlkana hücum edərək dəmir çubuqlarla baş və bədəninə vurublar. Türk gənci aldığı xəsarətlərdən komaya düşüb.

Başındakı qırıqlar səbəbiylə bir neçə dəfə əməliyyat olunan Burhan İlhan, ata və oğula kömək etdiyi üçün peşman olmadığını deyir.


Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=321794

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR