Hacı Zeynalabdin Tağıyevin ad günüdür

Hacı Zeynalabdin Tağıyevin ad günüdür
19:16 25 Yanvar 2015
210 Şou
Ölkə mətbuatı
A- A+

Azərbaycanlı milyonçu, mеsenat, müsəlman Şərqində ilk qızlar məktəbinin yaradıcısı Hacı Zeynalabdin Tağıyevin anadan olmasından 192 il ötür.

Axşam.az-ın məlumatına görə, tanınmış milyonçu 1823-cü ildə Bakıda kasıb başmaqçı ailəsində anadan olub. Anası Ümmü xanım Zeynalabdinin 10 yaşı olanda vəfat edib. On yaşında atası onu bir bənnanın yanına usta köməkçisi işinə düzəldib. 15 yaşında ikən bənnalıq etməyə başlayıb. Bir müddətdən sonra tikinti ustası və təşkilatçısı kimi tanınmağa başlayıb.

Müəyyən qədər vəsait toplayaraq Tağıyev artıq 20 yaşında ev tikintisi və daşyonma işləri təşkil edib. 1870-ci ildə onun artıq iki qazanxanadan ibarət кеrosin zavodu var idi.

Bütün müsəlman aləmində tanınmış milyonçu – neftxudanı Bakıdakı müsəlman, rus, erməni və yəhudi cəmiyyəti xeyriyyələrinin hamısı özlərinə fəxri sədr seçib.

Tağıyev həm neftxuda, həm dəyirman sahibi, həm fabrikant, həm böyük balıq sənayeçisi (bütün Kür ətrafı və Xəzər qırağı vətəgələr onun ixtiyarında idi), həm də ticarət və yük gəmilərinin sahibi olub.
 
Hacı Zeynalabdin iki dəfə evlənib. Birinci arvadı öz əmisi qızı Zeynəb xanım olub. Zeynəb xanımdan onun iki oğlu, bir qızı doğulub. Oğlanları: İsmayıl, Sadıq və qızı Xanım. İkinci arvadı məşhur general-leytenant Balakişi bəy Ərəblinskinin qızı Sona xanım olub. Sona xanımdan Tağıyevin üç qızı və iki oğlu dünyaya gəlib.  Qızları: Leyla (sonralar Şəmsi Əsədullayevin oğluna ərə getmişdi), Sara və Sürəyya. Oğlanları Məhəmməd və İlyas. Məhəmməd "Dikaya diviziya"nın zabiti olarkən özünü öldürüb. İlyas isə xəstəliyə tutularaq dünyasını dəyişib.

Hacı Zeynalabdin Tağıyev 1924-cü il sentyabırın 1-də, axşam səkkizin yarısında, 101 yaşında vəfat edib və sentyabrın 4-də dəfn olunub.






Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=25537

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR