Pakistanda hərbi məktəbə hücumu təşkil edən şəxs öldürülüb

18:37 26 Dekabr 2014
52 Dünya
Ölkə mətbuatı
A- A+

[ 26 Dekabr 2014 18:31 ]

Bakı. Zümrüd Paşayeva – APA. Pakistanda hərbi məktəbə hücumu planlaşdıran terrorçu məhv edilib.

 

APA-nın məlumatına görə, bu barədə “Sky News” telekanalının Pakistan hərbçilərinə istinadən yaydığı xəbərdə deyilir.

 

 “Taliban”nın Pakistan qanadının əsas komandirlərindən hesab olunan Səddam adlı terrorçu öldürülüb, daha 6 nəfər isə yaralanıb. Təhlükəsizlik qüvvələri yaralı terroçuları həbs ediblər. Hazırda onların dindirildiyi bildirilir.

 

Xatırladaq ki, dekabrın 16-da “Taliban” qruplaşmasının silahlıları Peşaverdəki hərbi məktəbə hücum edərək 150 şagird və müəllimi qətlə yetiriblər. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367427

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR