Türkiyədə “Charle Hebdo” jurnalına etiraz edildi (VİDEO)

Türkiyədə “Charle Hebdo” jurnalına etiraz edildi (VİDEO)
20:01 25 Yanvar 2015
134 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyədə satirik “Charle Hebdo” jurnalına etirazlar davam edir. Jurnalın redaksiyasına olunan silahlı hücumdan sonra ilk buraxılışında Məhəmməd peyğəmbərin (s.ə.s) karikaturasının dərci Diyarbəkirdə minlərlə insanı bir araya gətirdi. Etirazlar təkcə Türkiyədə yox, elə Yaxın Şərqdə də özünü göstərdi.

ANS TV-nin məlumatına görə, Türkiyənin Diyarbəkir şəhərində minlərlə insan həzrəti Məhəmmədin (s.ə.s) karikaturasını dərc etmiş “Charle Hebdo” jurnalina etiraz olaraq “Peyğəmbərə sayqı” adlı kütləvi mitinq keçirib. Müxtəlif vətəndaş cəmiyyətlərinin, yerli rəsmilərin iştirakı ilə təşkil olunan aksiyada kürd və türk dillərində “Charle"nin şeytanları peyğəmbərimə dil uzatma, lənət olsun biz "Charle"yik deyənlərə” və digər şüarlar səsləndirilib, müxtəlif tənqidi plakatlar nümayiş olunub. Təxminən 2 saat davam edən dinc aksiyada 100 min nəfər insan iştirak edib.

“Charle Hebdo” daha bir etiraz Yaxın Şərqin qərb sahilinin Hebron şəhərində baş tutub. Minlərlə fələstinli bir araya gəlib etirazlarını bildiriblər. Küçələrə toplaşan aksiya iştirakçıları satirik jurnalın Məhəmməd peyğəmbərin (s.ə.s) karikaturasını dərc etməsini qəti şəkildə pisləyib. Aksiya iştirakçılarının tutduğu ağ-qara rəngli plakatda ərəb dilində “Allahdan başqa tanrı yoxdur, Məhəmməd onun rəsuludur” yazısı həkk olunub.

Mənbə
ANS-TV



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=321799

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR