Qəndin içində heroin (FOTO)

Qəndin içində heroin (FOTO)
20:31 25 Yanvar 2015
112 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda cəzaçəkmə müəssisəsinə narkotik keçirilməsinin qarşısı alınıb.

ANS PRESS-in Penitensiar Xidmətin saytına istinadən verdiyi xəbərə görə, xidmətin əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, 7 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Vüqar Bəxtiyar oğlu Mirzəyevin yanına qısamüddətli görüşə gəlmiş qardaşı, Bakı şəhər sakini Vüsal Bəxtiyar oğlu Mirzəyevin üzərinə və gətirdiyi sovqata baxış keçirilən zaman sovqatda olan qəndlərin 8 ədədinin oyularaq içərisində gizlədilmiş ümumi çəkisi 2,14 qram olan heroin aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.



Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=321803

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR