Yəmənin Səna şəhərində on minlərlə insan şiə üsyançıların paytaxt mərkəzini ələ keçirməsinə qarşı etiraz yürüşü edib.
ANS TV-nin məlumatına görə, 20 minə yaxın yəmənli bir neçə gün əvvəl Husi üsyançılarının təzyiqləri altında Nazirlər Kabinetilə birgə istefa vermiş prezidentin iqamətgahı qarşısına toplaşıb. Etirazçılar müxtəlif plakatlar tutub, üsyançılara qarşı şüarlar səsləndirilib, prezidentin postuna qaytarılmasını tələb edib.
Etirazçılara görə onlar prezidentin istefasından o qədər narazı deyillər. Onların əsas narazılığı üsynaçıların şəhərdə silahlarla dolanmasındandır. Ötən ilin yayından bəri şimaldakı istinadgahlarından cənuba doğru irəliləyərək, bir neçə şəhəri tutan Husilər hökümətdə daha geniş təmsil olunmalarını və yeni konstitusiyanın yazılmasında yaxından iştirak etmək istəyir. Bununla belə siyasi şərhçilərə görə, onların dərhal hakimiyyətə gəlib ölkəni idarəetmək niyyəti yoxdur.
Mənbə
ANS-TV