Yeni Windows pulsuz olacaq

Yeni Windows pulsuz olacaq
21:37 25 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Yanvarın 21-də Microsoft şirkəti Windows 10 əməliyyat sisteminin (ƏS) ikinci təqdimatını keçirib.
Yeniliklərdən başqa, artıq Windows 7 və 8.1 ƏS-lərin lisenziyalı versiyasından istifadə edənlər il ərzində Windows 10-dək ödənişsiz yeniləmə paketi ala biləcəklər.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, dünyanın ən populyar əməliyyat sisteminin yeni versiyasında əsas yeniliklərdən biri Cortana səs köməkçisi olacaq.
 
Bundan başqa, Windows 10 platformasında kod adı Spartan olan yeni brauzer istifadəyə veriləcək, brauzer səs köməkçisi ilə inteqrasiya ediləcək. Məlumata əsasən, masaüstü kompüterlər üçün ƏS-nin ilkin versiyası artıq gələn həftə çıxarıla bilər.
 
Təqdimatda, həmçinin sahibinə öz qarşısında virtual reallığı görməyə imkan verən Microsoft HoloLens reallıq eynəyi nümayiş etdirilib.
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/320588.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR