Berlində 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunan xatirə konserti təşkil edilib

Berlində 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunan xatirə konserti təşkil edilib
22:43 25 Yanvar 2015
162 Ölkə
Ölkə mətbuatı
A- A+


Berlin, 25 yanvar, AzərTAc
Azərbaycan Tələbə Şəbəkəsi 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar Berlində Azad Evangel kilsə icmasında xatirə konserti təşkil edib.
Almaniyada təhsil alan azərbaycanlı tələbələrin, iş adamlarının və xarici qonaqların iştirak etdikləri tədbirdə Potsdam Universitetinin professoru Fuhrman və Almaniyada təhsil alan tələbə İbrahim Mirzəyev 20 Yanvar hadisələrinin tarixi və hüquqi aspektlərindən danışıblar.
Azad Evangel kilsəsinin keşişi çıxışında Qara Yanvar haqqında məlumatlı olduğunu və bunu bəşəriyyətə qarşı qətliam hesab etdiyini vurğulayıb.
Xatirə konsertində skripka və pianinonun müşayiəti ilə məşhur opera müğənnisi Anna Şafajinskayanın ifasında ariyalar səsləndirilib.
Vüqar Seyidov
AzərTAc-ın xüsusi müxbiri
Berlin

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Berlinde_20_Yanvar_faciesinin_25_ci_ildonumune_hesr_olunan_xatire_konserti_teskil_edilib-827416

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR