Günahsız yerə 38 il həbsxanada qalan məhbus azadlığa qovuşub

Günahsız yerə 38 il həbsxanada qalan məhbus azadlığa qovuşub
22:43 25 Yanvar 2015
165 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 25 yanvar, AzərTAc
1976-cı ildə ABŞ-da iki cinayət hadisəsinin törədilməsində şübhəli bilinərək həbs edilən və 38 il həbsxanada qalan Cozef Sledgenin günahsız olduğu aydınlaşıb.
AzərTAc xarici KİV-lərə istinadla xəbər verir ki, prokuror cinayət hadisələrinin yenidən açılacağını bildirib və üzr diləyərək 70 yaşlı C.Sledgeyi sərbəst buraxıb. Şimali Karolina əyaləti tərəfindən Slengeye 750 min dollar təzminat ödənəcək. Həyatının yarısından çoxunu günahsız yerə dəmir barmaqlıqlar arxasında keçirən Sledge azadlığı “möcüzə” kimi qiymətləndirib.
Qeyd edək ki, Şimali Karolinada yaşayan Josephine Davis və qızı Aileen Davis 1976-cı ilin sentyabrında ölü tapılmışdı. Sledge oğurlanmış bir arabada tutulduqdan sonra Şimali Karolinaya gətirilərək iki cinayətdə günahlandırılmışdı.
C.Sledge bu günədək 1500 iddianı nəzərdən keçirən Araşdırma Komissiyasının işi nəticəsində azad edilən səkkizinci məhbusdur.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Gunahsiz_yere_38_il_hebsxanada_qalan_mehbus_azadliga_qovusub-827415

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR