Alman dəqiqliyinə hesablanmış şərq müdrikliyi (VİDEO)

Alman dəqiqliyinə hesablanmış şərq müdrikliyi (VİDEO)
22:56 25 Yanvar 2015
117 Digər
Ölkə mətbuatı
A- A+

Deməli Almaniya Qarabağ münaqişəsi ilə bağlı mövqeyini tam qətiləşdirdi. Belə çıxır ki, Azərbaycanı beynəlxalq təcridxanada görmək istəyənlər əməlli başlı yanıldılar. Həmin ağzıgöyçəklərin məntiqinə görə Almaniya Azərbaycanın xeyrinə heç bir bəyanat verməməli idi. Buyurun bu da Sizə əsl sürpriz! Deməli Rusiyanın məsuliyyəti… Bu fikir İlham Əliyevin Nazirlər Kabinetindəki son çıxışında dediyi ilə necə də üst-üstə düşür?!.

“Bir daha demək istəyirəm, həqiqət bundan ibarətdir ki, bizim torpaqlarımızın işğal altında qalması sadəcə olaraq Ermənistanın işi deyil. Ermənistan aciz durumda olan, gücsüz, dilənçi bir ölkədir. Əlbəttə, əgər onun müxtəlif paytaxtlarda böyük havadarları olmasaydı, Dağlıq Qarabağ münaqişəsi çoxdan ədalətli şəkildə öz həllini tapa bilərdi. Hətta hazırda Ermənistan rəhbərliyi də bunu etiraf edir. Xarici dəstək olmadan onlar işğal edilmiş torpaqları bir gün də işğal altında saxlaya bilməzlər” – deyə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev bildirib.

Bax budur Azərbaycan! Öz xətti, öz hədəfi olan müstəqil dövlət. Angela Merkel Rusiyanı atıb Azərbaycanı tutmaqla Azərbaycanın Almaniyadan ötrü nə qədər vacib olduğunu anlatmış oldu. Elə buna görə də onun “Qarabağ prolemi həll olunmalıdır!” deməsi tamam başqa əhəmiyyət kəsb edir. Qarabağ problemi həll edilməlidir. Ermənistan və Rusiya günahlandırılır. Deməli Almaniya Azərbaycanın tərəfində çıxış edir. Avropanın ən güclü dövləti ilk dəfə Rusiyanın adı çəkir. Merkel ağzıgöycək qulağı şəklərin intizarının əksinə olaraq insan haqları barədə deyəsən heç danışmadı.

Azərbaycanın Almaniyada ortaya qoyduğu mövqe əsl master klass idi. Qarşındakının hörmətini saxlamaqla özünü nümunə kimi təqdim etmək. Avropanı model kimi qəbul etdiyini çəkinmədən söyləməklə yanaşı özünü də bir mükəmməl model kimi təklif etmək.

Baxın. Və sair və il axır. Başdan ayağa ikibaşlı fikirlər, sətiraltılar, eyhamlar. Buyurun Azərbaycan bildirir ki, onda dini azadlıqlar tam təmin ounur. Amma burada bağışlayın məni, deyəsən Azərbaycan lap əməlli başlı forsanajdır…. Və haqqı da var. Niyə də yox. İlham Əliyev dini zəmində çəkişmələrdən əziyyət çəkən Avropanın qarşısında danışır. Diplomatik protokolu pozmadan Avropaya əsl dini azadlığın necə olduğunu və ya olmalı olduğunu anladır...

“Bizim böyük nailiyyətimiz ondan ibarətdir ki, Azərbaycanda dini azadlıqlar tam şəkildə təmin edilib. Azərbaycanda multikulturalizm dəyərləri çox yüksək səviyyədə qorunur və bu baxımdan Azərbaycanın təcrübəsi başqa ölkələrdə öyrənilir. Azərbaycanda bütün dinlərin, bütün etnik qrupların nümayəndələri bir ailə kimi yaşayırlar, heç bir qarşıdurma, anlaşılmazlıq yoxdur. Bir daha demək istəyirəm ki, biz bu yolu şüurlu şəkildə seçmişik. Biz ümumbəşəri dəyərlərə sadiqik, onları qoruyuruq” – deyə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev vurğulayıb.

Burda hər cümlənin adi gözlə görünməyən davamı var. Məsələn, Azəbaycanda din azadlığı tam qorunur deyilir, deməli anlaşılmalıdır buralarda qorunmur. Biz ümumbəşəri dəyərlərə sadiqik deyilir. Deməl anlaşılmalıdır buralarda sadiq deyilsiniz və sair… Yəni diplomatik dildən sadə dilə çevirəndə belə çıxır: cənablar, bizim dişimizin yerinə ağrımayın, yaxşısı budur gedin öz başınıza çarə qılın. Bir halda ki, beynəlxalq baş olmaq istəyirsiniz! Biz öz problemlərimizi özümüz bilirik və həll edirik. Azərbaycan da korrekt davrandı. Qarışıqlıq yaratmaq istəyən daxili qüvvələri Avropadan dəstəkləyirlər kimi açıq ittihamlar səsləndirmirdi. Necə deyərlər, hörmət-hörmətə bağlıdır. İlham Əliyev soyuqqanlı idi. Hətta o dərəcədə soyuqqanlı ki, zalda açıq-açığına bağıranlara sarı soyuqqanlı bir təbəssüm fırlatmaqla kifayətləndi. Özü də o qışqırıqçılar, bura sual vermək üçün yox elə qışqırmaq bağırmaq və diqqəti yayındırmaq üçün gəlmişdilər.

İham Əliyev Davosda da kifayət qədər maraqlı görünürdü. Onun davosdaxili tədbirlərdə çıxışları da Azərbaycanın müstəqilliyinin bariz nümayişi idi. Avropa komissiyasının prezidentinin də qatıldığı müzakirələrdə Azərbaycan öz statusu barədə açıq mövqe ortaya qoydu. Söhbət Azərbaycanın Avrasiya Birliyinə və ya Avropa Birliyinə üzv olub-olmaması məsələsindən gedirdi.

“Sən istəyirsən burda yaxud digər tərəfdə ol. Ya da ki, sən heç bir tərəfə qoşulma. Bu inteqrasiyanın ən yaxşı nümunəsidir. Güclə inteqrasiya oluna bilməzsən. Biz artıq bunu yaşamışıq. Bizim xalqımız bilir güclə inteqrasiya nədir”, – deyə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev söyləyib.

İlham Əliyevin bu fikrini isə mən şəxsən yekun üçün əla postulat hesab edirəm.

“Biz Avropa Birliyinə onların bizi dəstəklədiyi qədər yaxın olmaq istəyirik”, – deyə İlham Əliyev xatırladıb.

…Bu bəyanat təkcə Avropaya aid deyildi. Bu cümlədə Avropa sözünü çıxarıb yerinə müvəfəqiyyətlə Rusiyada qoymaq olar…

Mənbə
Hesabat: Mir Şahin



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=321813

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR